21 fevral - Beynəlxalq Ana dili günüdür.
Bildiyimiz kimi hər il Fevralın 21- i Beynəlxalq Ana dili günü kimi qeyd edilir. 105 nömrəli məktəbdə də bir sıra tədbirlər həyata keçirilmişdir. İbtidai sinif müəllimləri siniflərində Ana dilinə dair şagirdlərlə şeirlər musiqilər hazırlayıb tədbirlər həyata keçitdilər. Kiçik səhnəciklər hazırlandı. Bundan əlavə 5 ci siniflər arasında Beynəlxalq Ana dilinə aid yarışma təşkil edildi.Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif edildi.