"Ağla Qərənfil ağla" başlığı altında kompozisiyalar

Məktəbimizdə "Ağla Qərənfil ağla" başlığı altında kompozisiyalar təşkil edilmişdir.Sinif təşkilat saatlarında 20 Yanvar faciəsi haqqında şagirdlərə geniş məlumat verilmişdir. Bundan əlavə bədii gecə keçirildi. tədbirdə şagirdlər 20 Yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad etdilər.Daha sonra hazırladıqları təqdimatları və şeirləri söylədilər.Məktəbin Tarix müəllimi 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş açıq dərs təşkil etdi.Açıq dərsdə şagirdlər topladıqları məlumatları sinif yoldaşları ilə bölüşdülər.