Vətən həsrətinə son qoyuldu

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır;

 27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. Artıq 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün müzəffər ordumuz əkshücüm əməliyyatına başladı. Vətən Müharibəsinin ilk günü işğaldan azad olunan bir neçə yaşayış məntəqəsi arasında döğulub boya başa çatdığım, uşaqlığımın girov qaldığı, həyatımın ən qayğısız və xoşbəxt illərini yaşadığım döğma kəndimin də adını eşidəndə yaşadığım sevinc, həyacan, xoşbəxtlik hissini başqa heç bir hislə müqayisə etmək mümkün deyildi.
Neçə illər boyu xəyalını qurduğumuz, həsrətini çəkdiyimiz gün gəlib çatmışdı. Doğma elimiiz düşmən tapdağından azad olunmuşdu. Artıq zəfər yolçuluğumuz başlamışdı. Mənfur qonşular tərəfindən işğal olunan torpaqlarımız qarış-qarış, kənd-kənd Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və şanlı ordumuzun qəhrəman oğulları tərəfindən işğaldan azad olunur, düşmən ağır itgilər verərək tutduğu mövqeləri qoyub qaçmağa məcbur olurdu.
Keçən hər gün bizi Böyük Qələbəyə bir az daha yaxınlaşdırırdı. Neçə illər boyu işğala, təcavüzə, təhqirə məruz qalmış xalqımız bir yumruq kimi Ali Baş Komandanın və Şanlı Ordumuzun ətrafında birləşərək düşmənə göz dağı verirdi. Minlərlə Azərbaycan oğlu vətənin azad olunması üçün könüllü olaraq döyüşlərə gedirdi. Düşmənin 30 il boyunca qurduğu istehkamlar, müdafiə qurğuları belə koməklərinə çata bilmədi. 17 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazıldı. Düşmənin ən çox müdafiə olunduğu, ən güclü istehkamlar qurduğu Füzuli rayonu düşmən tapdağından azad olundu. Füzulinin azad olunması İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun ən əhəmiyyətli və qanlı döyüşlərindən biri oldu və növbəti qələbələrə yol açdı. Şanlı ordumuzun qəhrəmanlığı və Ali baş Komandanın qətiyyəti Azərbaycan xalqına növbəti bir qələbəni yaşatdı. Azərbaycan ordusu şəhidlər verərək, qan tokərək,qəhrəmanlıq göstərərək düşməni müqəddəs torpaqlarımızdan təmizlədi. Bu tarix bütün Azərbaycan xalqının və xüsusilədə 30 ilə yaxındır oz ata-baba yurdundan didərgin düşmüş on minlərlə füzulilinin həyatında dönüş günü oldu. Artıq onlar özlərini oz vətənlərində vətənsiz, qaçqın, köçkün, didərgin kimi hiss etməyəcəkdilər. Artıq onlar məğlub bir xalqın köçkün vətəndaşları deyil, qalib bir xalqın qürurlü vətəndaşları idilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi