Şanlı Azərbaycan Ordusunun missiyası

Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir;

Bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Ali Baş Komandanımız oktyabrın 20-də növbəti Qələbə müjdəsini xalqımıza çatdırdı – “Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib”.
       Hər gün qələbə, qələbə ardınca. Hər gün Azərbayca dövlətinin və xalqının tarixinə qələbə günləri yazılır. Növbəti qələb günləri bir-birinin ardınca yazılan 17 oktyabr Azərbaycanın Füzuli şəhərinin, 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün.
Dövlət başçımız xalqa müraciətində qeyd edib ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: "Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıBu gün artıq Ermənistan Azərbaycan Prezidentinin diplomatik siyasəti, Güclü Ordusu və rəşadətli əsgərləri qarşısında diz çökür və çökəcək! Azərbaycan Prezidenti: "Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük" və "Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.
       Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidi! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi