Şəhidlərimizi və Zəfər tariximizi unutmuruq.
Məktəbimizdə müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Bu dəfə 7 ci sinif şagirdləri və sinif rəhbəri Rüstəmova Sevinc, təşkilatçı müavin Əliyeva Samirə Ələt qəsəbəsinin şəhidi olan Əhmədov Cavanşir Xeyrulla oğlunun evini ziyarət etdilər. Şəhidin anası onun döyüşdəki şücaətlərindən şagirdlərə danışdı, şagirdlər öz şeirlərini söylədilər və sonda şəhidimizin anası şagirdlərə öz təşəkkürünü bildirdi.
Bundan əlavə, 10.10.2021-ci il tarixində şagirdlərimiz və müəllim kollektivi Bakıda yerləşən və Şanlı ordumuzun ermənilərdən əldə etdikləri hərbi qənimətlərin saxlandığı "Qənimətlər Parkı"nda oldular. Şagirdlər orada yerləşən qənimətlərlə tanış oldular və sonda 44 günlük Müharibəni qısaca əks etdirən kiçik bir filmi izlədilər.