27 sentyabr "Anım günü"
27 sentyabr bütün ölkə ərazisində "Anım günü" elan edilmişdir. Hər bir vətəndaş kimi bizim məktəbdə şəhidləri ziyarət etməyi özümüzə borc bildik.Məktəb rəhbərliyi və şagirdlər Ələt qəsəbəsinin şəhidlərini ziyarət etdi. Prezident İlham Əliyevin fərmanı ilə 27 senytabr saat 12:00-da şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan edilmişdir.Bizim də məktəbdə müəllimlər və şagirdlər 1 dəqiqəlik sükutla şəhidləri yad etdilər.Şəhidləri hər zaman yad etmək bizim borcumuzdur.