Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş

24 sentyabr 2021-ci il tarixində məktəbimizdə "Anım günü" ərəfəsində Qarabağ müharibəsinin iştirakçıları və qaziləri ilə görüş keçirildi. Tədbirə vaxtilə məktəbimizin şagirdləri olmuş və 44 günlik müharibədə qəhrəmanlıqla vuruşan qazilər dəvət edildi. Məqsəd şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq,Vətən müharibəsinin canlı iştirakçılarını tanıtmaqdır.Tədbirdə Məktəbin direktoru Hacıyev Mənsim, Hərbi hazırlıq müəllimi Abdullayev Ələmdar, Dil - Ədəbiyyat müəllimi Rüstəmova Sevinc və digər müəllimlər çıxış etdi və qazilərə öz ürək sözlərini çatdırdılar.  Qazilərimiz də öz döyüş yollarından danışdılar. Sonda tədbirə görə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi