Vətən müharibəsi dövründə orduya dəstək

2020-ci il 27 sentyabr tarixi Azərbaycan Respublikasının şanlı tarixinə böyük hərflərlə yazılmışdır. Məhz həmin tarixdən başlayaraq 44 gün ərzində Müzəffər ordumuz 30 illik vətən həsrətimizə son qoyaraq Erməni işğalçılarından əzəli Azərbaycan torpaqlarını geri qaytardı. 44 günlik müharibə dövründə ordumuz ön cəbhədə vuruşarkən xalqımız da arxa cəbhədə böyük bir birlik nümayiş etdirdi. Xalqımız ordumuza öz mənəvi dəstəyini əsirgəmədi. Məktəbimizin müəllim və şagird kollektivi  də bu dəstəyə böyük qürur və fəxr hissi ilə qoşulmuşdur. Şagirdlərimizin əsgərlərə yazdığı dəstək məktubları əsgərlərimizi daha da ruhlandırmışdır.  Bu əsgərlərimizin şagirdlərimizə yazdıqları cavab məktublarında öz əksini tapmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi