33 Bakı məktəblisi qalib olub

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin qalibləri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 10 nəfər II, 20 nəfər III yerə layiq görülüb.

 Müsabiqənin final mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

 Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM