105 nömrəli məktəbin direktoru Esmira Məmmədova "Peşəkar inkişaf sertifikatı"na laiq görüldü

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xəzər Universitetinin birgə olaraq "UNİCEF"in dəstəyi ilə təşkil etdiyi "Potensial məktəb direktorları" kursunu bitirərək "Peşəkar inkişaf sertifikatı" alan 30 direktor sırasında məktəbimizin direktoru Esmira Məmmədova də olmuşdur. Layihənin təşkilində zəhməti olan Təhsil Nazirliyinin və Xəzər Universiteitinin bütün əməkdaşlarına təşəkkürümüzü bildirir və bu sertifikatı alan bütün müəllimləri təbrik edirik. İnanırıq ki, bu sertifikata laiq görülən təhsil işçiləri, gənc nəslin maariflənməsi, onların milli-mənəvi dəyərlərimiz işığında dünyanın təhsil standartlarına cavab verən təhsil almaları yolunda daha peşəkar fəaliyyət göstərəcək və işlərini günün tələbinə uyğun quracaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi