Fənn olimpiadasının məktəbdaxili mərhələsi təşkil edilib

Fənn olimpidalarına hazırlıq mərhələsinə 13 yanvardan etibarən start verilib. Lisey rəhbərliyi və metodbirləşmə sədrlərinin iştirakı ilə online görüş təşkil olunub. Görüşdə metodbirləşmə sərdlərindən ibarət işçi qrupu yaradılıb, olimpidanın gedişatı, test tapşırları barədə fikirlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

16 yanvarda səkkiz fənn üzrə 8-11-ci sinif şagirdlərindən ibarət onlayn olimpiada keçirilib. Azərbaycan dili və ədəbiyyat, kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat, tarix və informatika fənləri üzrə biliklərini sınaqdan keçiriblər. Yüksək nəticə göstərən şagirdlər növbəti turda iştirak etmək hüququ qazanıblar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi