Respublika Günü qeyd olunub

Kompleksdə 28 May Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.Kompleksin altıncı sinif və məktəb kitabxanası birgə tədbir hazırlayıb.Tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət nəticəsində Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil ölkəmizin istiqlaliyyətinin möhkəmlənməsindən, qazanılan uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışılıb.Daha sonra komplesin II " n " sinif şagirdlərinin hazırladıqları misiqili ədəbi-bədii kompozisiya böyük maraqla izlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi