Salam əsgər

Çətin və ağır sınaqlardan keçən, sinəsi ilə düşmənə sipər olan, qələbə şərbətini içən, qana qanla deyənlərimiz- Vətən savaşının qəhrəman oğulları…"Vətən bizi çağırır!” deyərək döyüşlərdə iştirak edən minlərlə vətən övladı…Bir ömür boyu sizlərə borcluyuq !

    Məktəbimizdə şagirdlərdə vətənpərvərlik ruhunun formalaşması baxımından mütəmadi olaraq müxtəlif formatlarda layihələr təşkil olunur.Bu dəfə də ibtidai sinif müəllimi Rahibə müəllimənin təşkilatçılığı və rəhbərliyi ilə 3a sinif şagirdləri maraqlı bir təşəbbüs nümayiş etdirdilər. Belə ki, onlar səhhətlərinə görə hərbi hospitalda müalicə olunan, əməliyyat edilən yaralı əsgərlərimizə məktublar yazıb, onlara öz arzu və istəklərini bildirdilər. Demək olar ki, bütün məktublarda yazılanlar məzmun etibarilə eyni idi: Əsgərlərimizi şanlı qələbəmiz münasibətilə təbriklər , onlarla qürur duyduqları və tezliklə onların sağalmasını ifadə edən arular əks olunmuşdur.. Məktubları oxuyan əsgərlər də yazılan hər bir məktub sahibi olan şagirdə cavab məktubu göndərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi