“Bütün kainatı,yer üzünü təsvir ve tərennüm etməyə qadir sözüm,ana dilim var”

Dünen 1 nömreli Uşaq-Gencler İnkişaf Merkezinde Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədguluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var!” şuarı altında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında baxış-müsabiqəsi keçirilib.
Müsabiqə felyeton, xatirə, məktub, şeir, dram, monoloq və təsviri sənət janrları üzrə keçirilib. Müsabiqədə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Bədii qiraət”, “Dram”, “Nitq mədəniyyəti”, “Xalq folkloru” və “Məktəb teatrı” dərnəklərinin 110 üzvü və “Təsviri sənət” dərnəklərinin 69 üzvü iştirak edib. Uşaqlaq yazıçının “Anamın kitabı”, “Quzu” hekayəsi, “Bizim obrazovannılar”, “Qurbağalar”, “Çox qəribə”, “Mən niyə dərsdən qaçdım”, “Ağalar”, “Camaat vəkilləri”, “Çay dəstgahı”, “Dedilər”, “Lay-lay”, “Qız və nənə”, “Poçt qutusu”, “Sirkdə”, “Oyanmadım”, “Saqqallı uşaq”, “Anamın kitabı”, “Sizi deyib gəlmişəm”, “Ballı badımcan”, “Xoş ol zaman ki, xalq yatıb birəban idi”, “Oyanmadım”, “Olaçaqsan”, “Danabaş kəndinin əhvalatı”, “Ölülər”, “Qız və nənə” əsərləri ilə çıxış ediblər.Müsabiqədə məktəbmizin şagirdi Əmralı Fatimə 2 ci yerə  layiq görülüb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi