FƏXRİMİZ

Cəbrayılov Həsən Qardaş oğlu 1942-ci il fevralın 22-də Cəbrayıl rayonu Qaracallı kəndində anadan olmuşdur.Onun uşaqlıq illəri müharibə illərinə təsadüf etmişdir. Atası Zeynalov Qardaş Cəbrayıl oğlu müharibənin ilk günlərindən cəbhəyə getmişdir. Müharibə bitdikdən sonra xalq təsərrüfatı bərpası illəri başlayır. Həsən həm məktəbdə oxuyur, həm də anası Zeynalova Urquya Qurban qızına tarlada kömək edərək il ərzində 100 əməkgünü qazanır. Atası 1947-ci ildə müharibədən qayıdır. Ailə 1951-ci ildə Bakıya köçür. Həsən təhsilini Keşlə (Nərimanov) rayonunda 201 saylı məktəbdə davam edib. Daha sonra ailənin Kirov(Binəqədi) rayonuna köçməsi ilə əlaqədar olaraq 1958-ci ildə 99 nömrəli tam orta məktəbdə təhsilini bitirir. Həmin ildə Bakı Dənizçilik məktəbinə daxil olur və 1959-cu ildə buranı əla qiymətlə bitirərək "Nikolay Yaşin" gəmisində matros təyinatı alır. Həsən əməksevərliyi  və sənətini bilməsi ilə seçilir. Ailəsinə təşəkkürnamələr göndərilir, rəhbərliyin fəxri fərmanı ilə təltif olunur.

    1963-cü ildə hərbi xidmətə çağırılır. Xidmət etdiyi illər ərzində 30 təşəkkür və bir neçə təltifə layiq görülür.1964-cü ildə "Sovet ordusu əlaçısı" döş nişanı ilə təltif edilir.O xidmət etdiyi müddətdə özü fərdi qayda da 470 mina, mərmi və s.partlayıcı maddələri zərərsizləşdirmişdir.

    Həsən musiqi alətlərindən  tarda çalmağı çox sevirdi.Boş vaxtlarında mütaliə ilə məşğul olur, şeir, hekayə yazır, şəkil çəkirdi.1965-ci ildə "Böyük vətən müharibəsində 20 illiyi" medalı ilə təltif olunur.Cəbrayılov Həsən Qardaş oğlu 1966-cı ildə mart ayının 10-da 471-ci minanı zərərləşdirərkən partlayış nəticəsində həlak olur.Həsənin cənazəsi hərbi komandanlıq tərəfindən Vətənə gətirilir və doğulduğu Cəbrayıl rayonu Qaracallı kəndində el qəbirstanlığında dəfn edilir.

    Cəbrayılov Həsən Qardaş oğlu ölümündən sonra SSRİ Ali Sovetinin Fərmanı ilə 1966-cı il iyulun 30-da "Qırmızı Ulduz" ordeni ilə təltif edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM