"Zəfər şanlı tariximizdir"

Məktəbin tədbirlər planına uyğun olaraq məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini Ruslan Məhiyevin və Uşaq Birliyi Rəhbəri Aynurə Nərimanovnın təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü ilə bağlı "Zəfər şanlı tariximizdir" adlı ədəbi-bədii kompozisiya keçirilib. 

Məktəbdə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa”lar və rəsm sərgiləri təşkil olunub.

Məktəbin həyətində keçirilən bu tədbir akt zalında davam etdirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb direktoru Ofelya Məmmədova çıxış edərək tədbiri açıq elan edib. Məktəbin tarix müəllimi, həm də qazi anası Tahirə Bayramova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Tədbirdə qələbəyə həsr olunmuş videoçarxlar nümayiş olunub. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeir, mahnı və rəqs nümayiş olunub.

Onu da qeyd edək ki, Binəqədi rayonu İcra Hakimiyətinin baş məsləhətçisi Leyla Quliyeva və Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının 3 saylı filialının əməkdaşları qonaq qismində iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi