QANLI YANVAR FACİƏSİ

O qanlı yanvar faciəsindən xalqımızı 31  illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi.
 Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 19 yanvar tarixində  keçilən  onlayn dərslər Ümumxalq Hüzn gününə həsr olundu. Şagirdlərə bu günün tarixi və qəhrəmanları haqqında məlumat verildi. 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 
Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. 31 ildir  Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. Şagirdlər “Qanlı Yanvar Faciəsi" haqqında şeirlər söyləyib, video-çarxlar nümayiş etdirdilər.      
Zaman ötür! İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi