Azərbaycanın qəhrəmanlıq tarixi - “Balaca şagird”imizin gözü ilə

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin 5”C” sinif şagirdi Tağızadə Lətifə Asəf qızı rəsm qabiliyyəti olan istedadlı şagirdlərdən biridir. Lətifə məktəbdə və məktəbdənkənar təşkil olunan bütün rəsm müsabiqələrində fəal iştirak edir.
20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi  tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda şagirdlər arasında onlayn rəsm müsabiqəsi keçirildi. Müsabiqənin məktəb turunda 5“C” sinif şagirdi Tağızadə Lətifə Asəf qızı I yerə layiq görüldü. 
Tağızadə Lətifə ötən il Xocalı faciəsinə həsr olunan rəsm sərgisində də qalib seçilmişdi. Onun əl işi Binəqədi rayonu Gənclər və İdman İdarəsinin eyni adlı müsabiqəsinə göndərildi və yenidən I yer ilə təltif olundu.

Yaxın günlərin birində Tağıadə Lətifənin rəsm əsəri Bakı şəhəri Təhsil İdarəsi tərəfindən keçirilən eyniadlı müsabiqədə Şəhadətnaməyə layiq görülüb.  
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi