31 Dekabr - hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

31 dekabr! Bu gün Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Pandemiya şəraitini nəzərə alaraq, bu il tədbirlər onlayn qaydada həyata keçirilir.

Bəinəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 30 dekabr tarixində keçirilən bir sıra dərslər 31 Dekabr Hmrəylik gününə həsr olundu. Şagirdlərə bu günün tarixi barədə məlumat verildi.

Bu il xalqımız üçün fərqli il oldu. ilin əvvəlində gözə görünməz bəla olan – Covid19 pandemiyası ilə üzləşdik. Dövlətimizin təqdirəlayiq tədbirləri nəticəsində bu bəladan yüngül itkilərlə çıxmağa çalışdıq. Ilin ən yaddaqalan hadisəsi isə 30 il sonra işğal edilmiş torpaqlarımızın geri qaytarılması oldu.

İkinci Qarabağ müharibəsi zamanı bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Yalnız bir fakt söyləmək kifayət edir ki, uğurumuzu tam əks etdirə bilək:  Bir neçə il ərzində işğal edilən ərazilər 44 gün ərzində düşməndən geri alındı. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun qüdrətindən xəbər verir.

Bu günlər ərzində bütün dünya Azərbaycan xalqının həmrəyliyinin, Ali Baş Komandanına inamının şahidi oldu. Bu müddətdə düşmən müxtəlif təxribatlara əl ataraq bu birliyi sarsıtmağa cəhdlər etdi. Lakin başa düşmədi ki, bu xalqı daha da birləşdirən onun keçdiyi ağır günlər olub. Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqla, dinc insanları, uşaqları qətlə yetirməklə xalqımızı parçalamaq gücündə deyil. Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqı bir daha öz əzmini, milli birliyini və həmrəyliyini nümayiş etdirdi.

Sonda şagirdlər əl işlərini, hazırladığı video-çarxları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi