Vətən uğrunda ölüm həyatın davamıdır

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın başı zaman-zaman mənfur düşmənlərdən və onun havadarlarından bəlalar çəkmiş, minlərlə şəhidi olmuşdur.  İllərlə başıbəlalı Azərbaycan xainlər tərəfindən parçalanaraq bölündü, bölünərək parçalandı. Lakin buna baxmayaraq, Azərbaycan hələ də mərd, qəhrəman oğulları sayəsində əyilməzliyini, məğrurluğunu qoruyub saxladı.

...27 sentyabr 2020-ci il! Azərbaycanın şanlı səhifələrinə qürurla yazılmış tarixi bir gün! Elə bir tarix ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuz, igid, qorxmaz Azərbaycan əsgərləri 44 günlük Vətən müharibəsində canları-qanları bahasına vətən torpağından yağı düşməni “iti qovan kimi” qovdular, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Əlbətdə, heç bir müharibə qansız, itgisiz keçmir. Bu 44 günlük Vətən müharibəsində qəhrəman xalqın qəhrəman oğulları yetişdi - qazilərimiz, şəhidlərimiz oldu.

Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəb burada təhsil alan hər bir şagirdinə  - “Vətən anadır, Vətən namusdur, Vətəni göz bəbəyimiz kimi qorumalıyıq” devizi altında vətən sevgisi aşılamışdır. Bizim məktəbin də bu 44 günlük Vətən müharibəsində həm qazisi, həm də şəhidi oldu.

Şəhidimiz Fərid Asif oğlu Məhərrəmov!

...Beş ay idi hərbi xidmətdə qulluq edirdi Fərid. O, 44 günlük Vətən müharibəsində  mərdliklə döyüşdü. Talış istiqamətində gedən döyüşlərdə minaya düşərək, ən uca zirvəyə - ŞƏHİDlik zirvəsinə ucaldı.

Ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli əmrinə əsasən,  Fərid ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunur. Ruhun şad olsun Fərid! İndi torpaqlarımız azaddır. Bu torpaqlar sənin kimi qəhrəman ŞƏHİDlərimizin canı-qanı bahasına alındı.

 Biz ŞƏHİDlərimizin ruhu qarşısında baş əyir, Allahdan  onlara rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi