NARKOMANİYA - BƏŞƏRİYYƏTİN QORXULU BƏLASI!

Narkomaniya sərhəd tanımayan  beynəlxalq problemə çevrilib. Qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi ağır fəsadlara yol açır. Dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayandığını nəzərə alsaq, bu istiqamətdə həyata keçirilən tədbirlərin, atılan addımların əhəmiyyətini daha aydın dərk etmək olar. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, ölkə əhalisinin sağlamlığı prioritet məsələlərdəndir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı,  insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

 Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə narkomanlığın cəmiyyətə ziyanına dair silsilə tədbirlər keçirilir. Tədbirlərdə əsas məqsəd məhz maarifləndirmənin lazımi səviyyədə təşkilidir. Məktəbdə həmçinin şagirdlərin asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilir, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilir. Məktəblilər arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, “Narkomaniya əsrimizin bəlasıdır”, “Narkomaniyaya qarşı mübarizə”, “Sağlam həyat tərzini seç”, “Narkomaniyaya qarşı mübarizə yollarını nədə görürsünüz?”, “Əsrimizin bəlası olan narkomaniyaya yox deyək”  mövzusunda inşa-yazı və rəsm müsabiqələri təşkil olunur, şagirdlərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi