UĞURLU KARYERANIN TƏMƏLİ

    Bu gün Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99№li tam orta məktəbdə  Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin nümayəndələri məktəbin X-XI sinif şagirdləri ilə görüş keçirdi. Görüşün  əsas məqsədi Qərbi Kaspi Universitetinin mahiyyəti, fəaliyyəti, ideoloji  və tarixi nailiyyətləri haqqında qısa məlumatı şagirdlərə çatdırmaq, multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və peşəkar mütəxəssis kimi yetişməklərində istiqamət vermək idi.   

    Əlaqədar şəxslər “Niyə məhz Qərbi Kaspi Universitetini seçməli?” sualını əsas götürərək, Universitetin fakültələri, laboratoriya və mərkəzləri, beynəlxalq və akademik  proqramları haqqında məlumat verərək, kitabçalar payladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi