Tütün məmulatları və onların fəsadları

Statistikaya görə, əgər XX əsrdə tütün epidemiyası 100 milyon nəfəri öldürmüşdüsə, XXI əsrdə hazırkı tendensiya dəyişmədən qalsa, tütün qurbanlarının sayı 1 milyard nəfərə çatacaq. Bu həyəcan siqnalını nəzərə alaraq, bütün təhsil müəssisələrində tütün məmulatları əleyhinə tədbirlər keçirilir.

  Bu gün Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99№li tam orta məktəbin siniflərində “Siqaretə yox deyək!” adlı kampaniya keçirildi. Şagirdlərə - “Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir” devizini əsas tutaraq, tütünün zərərləri, insan orqanizmi üçün  təhlükələri haqqında məlumatlar verildi. Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.

Üzərində “Siqaretə yox deyək!” işarəli kağızlar məktəbin divarlarına yapışdırıldı. Şagirdlər rəsm əsərləri ilə bu təbliğata qoşuldular. Sonda siqaretin fəsadları haqqında videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi