Xocalı faciəsini unutmayaq

26.02.2020 – ci il tarixdə məktəbimizdə Xocalı faciəsinin 28- ci ildönümü ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər,valideynlər, şagirdlər ilə yanaşı Bakı Baş Təhsil İdarəsindən qonaqlarımız və məktəb drektorları da iştirak etdilər. Şagirdlərin ifasında vətənpərvərlik ruhlu şeirlər və mahnılar səsləndirildi.Çingiz Mustafayevin çəkdiyi kadrlar bir daha nümayiş etdirildi,həm şagirdlər həm də tədbir iştirakçıları 28 il öncə baş vermiş faciəvi günlərin dəhşətini sanki bir daha yaşadılar.Heydər Əliyevin faciəyə verdiyi qiymət onun faciə haqqında söylədiyi  fikirlər nümayiş olundu.Sonda məktəbin direktoru Xalidə müəllimə,direktor müavinləri Şəfa müəllimə Yeganə müəllimə və tədbirin təşkilatçısı Şərafət müəllimə çıxış edərək şagirdləri vətənpərvərliyə səslədilər və bu qan yaddaşımızı unutmamağa çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi