Mülki müdafiə

        "1 mart Ümumdünya Mülki müdafiə günü" məktəbdə təntənəli şəkildə  qeyd edildi. Belə ki, həm birinci, həm ikinci növbə üzrə  Mülki Müdafiə haqqında sərgi təşkil olundu.Divar qəzetləri ,sinif guşələri hazırlandı. Siniflərdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin  yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı. Kiçik siniflərə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, əleyhəqazlarla tanış edildi. Bundan əlavə yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından  həmçinin, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları,təbii və fövqəladə hallar zamanı şagirdlərin  təxliyə edilməsi barədə lazımi məlumatlar  verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi