Məktəbin şagirdləri "Əsgərə məktub" kompaniyasına qoşulublar

27 sentyabr 2020-ci il  tarixdən şanlı ordumuz tərəfindən 28 ildən bəri işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müqəddəs Vətən müharibəsinə başlanılmışdır. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin başçılığı ilə xalq, dövlət və ordunun sarsılmaz birliyi ilə aparılan uğurlu döyüşlər ölkəmizdə sevinclə qarşılanır.

Məktəb şagirdləri də bu sevincdən kənarda qalmırlar. Məktəbin ibtidai sinif şagirdləri “Əsgərə məktub” kompaniyasına qoşularaq öz sevinclərini əsgərlərimizə rəğbət və məhəbbətini bildirən məktublar göndərir, yazdıqları məktublarda qəhramanlıqda onlar kimi olmaq istəyini bildirirlər. Belə məktublar əsgərlərimizi daha da ruhlandırır, daha da qətiyyətlə mübarizə aparması üçün stimul yaradır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi