VIII – X sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən məktəblilərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq,işğal altında olan torpaqlarımız, maddi mənəvi sərvətimiz haqqında şagirdləri məlumatlandırmaq məqsədilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə VIII – X sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə I yeri 9 “D” sinif şagirdləri Babayeva İlanora, Əliyeva Mələk, Qarayeva Nigar, II yeri 8 “A” sinif şagirdləri Şirinova Mehriban, Quliyeva Nuranə, Məhərrəmli Cəmilə, III yeri 8 “C” sinif şagirdləri Fətullayeva Məlahət, Sadıqova Nilgün, Məlikov Anar tutmuşdurlar. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırıldılar.