16 sentyabr - "Bilik Günü" qeyd olunub

 

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür.

16.09.2019-cu il tarixdə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Bilik Günü” qeyd olundu.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Arzu Azadəliyeva tədbiri açıq elan edərək,tədbir iştirakçılarını salamlayıb, məzunları ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib, onlara can sağlığı və  təhsildə uğurlar arzulayıb. Bununla yanaşı direktor məktəbin uğurları haqqında tədbir iştirakçılarına məlumatlar verib, şagirdlərə başlanan yeni təhsil ilində xoş arzularını bildirib, təhsildə uğurlarının davamlı olmasını arzu edib.

Tədbirdə çıxış edən yüksək bal toplamış məktəbimizin məzunları Sevinc Hüseynxanova (651) və Nəzrin Şıxəliyeva (579) məktəb rəhbərliyinə və müəllimlərinə öz minnətdarlığını çatdırıblar.

           “Bilik günü”ndə iştirak edən BŞTİ-nin və Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məktəbin birinciləri tədbir iştirakçıları qarşısında maraqlı proqramla çıxış edərək, şerlər söylədilər. Tədbirin sonunda şagirdlər ilk zəng sədaları altında sinif otaqlarına daxil oldular.

İlk dərs məşğələləri Təhsil naziri Ceyhun Bayramovun 30 avqust tarixli 550 nömrəli əmrinin müvafiq bəndinə uyğun olaraq ibtidai siniflərdə " İdman və sağlamlıq " , V - IX siniflərdə " Mütaliə - Mənəvi zənginliyə aparan yol " X-XI siniflərdə " Azərbaycan İnkişaf yollarında " mövzularına həsr olundu.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi