Pedaqoji Şura keçirildi

11 sentyabr 2019-cu il tarixində 86№-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın iclası keçirildi. İclası məktəbin direktoru Arzu Azadəliyeva açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. İclasa başlamazdan əvvəl bu il 9-11 ci sinif nəticələrinə görə Azərbaycan dili, rus dili, riyaziyyat, ingilis dili müəllimlərini və ibtidai sinif müəllimi Gülsüm Nəsibovanı pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə Tərifnamə və gül-çiçək dəstəsi ilə təbrik etdi. Daha sonra direktor kollektivi Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi:

 1. 2018/2019-cu tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr

 2. 2018/2019-cu tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi, pedaqoji şuranın planının müzakirəsi və təsdiqi, direktoryanı müşavirənin, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi

 3. Sinif rəhbərlərinin, dərnək rəhbərlərinin, metodiki şuranın, kabinet müdirlərinin, metodbirləşmə rəhbərlərinin təsdiqi

 4. Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında

 5. İKT üzrə aparılan işlərə rəhbərliyin təsdiqi

Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi