“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il  18  iyun tarixində  “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Bununla əlaqədar, ənənəvi olaraq  bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə maarifləndirici “dəyirmi masa” keçirilib. Tarix müəllimi Əfqan Əsgərov 10a sinfində şagirdlərlə hüquqi mövzuda söhbətlər apardı, onları maraqlandıran sualları cavablandırdı.

Dəyirmi masada Azərbaycanda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, müasir dünyada insan hüquqlarına verilən önəm, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər, insan hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları, ayrı-ayrı kateqoriya insan hüquqları müzakirə mövzusu olmuşdur. Şagirdlərin müstəqil çıxışları dinlənildi və onlara öz münasibətlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi