Gənc bioloqların yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin biologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq mayın 17-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə gənc bioloqların yaradıcılıq müsabiqəsinin məktəb turu keçirilib.

Məktəb turunda seçilmiş şagirdlər ”Təbiəti sevənlər” komandası adı altında mayın 24-də keçiriləcək mərhələdə iştirak edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi