Vətən məhəbbəti mənəvi ucalıq nümunəsidir

M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə hərbi rəhbər Lətif İsmayılovun təşkilatçılığı ilə Gənclərin Çağırışaqədərki hazırlıq fənnindən “Vətən məhəbbəti mənəvi ucalıq nümunəsidir” adlı “dəyirmi masa” keçirildi. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhları bir dəqiqəlik sükutla yad edildi. Hərbi rəhbər Lətif İsmayılov şagirdlərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verdi. Dəyirmi masanın keçirilməsində əsas məqsəd  şagirdlərin hətbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müasir dünyada gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir.

10-cu sinif şagirdi Murad Dadaşzadə öz çıxışında qeyd etdi ki, Biz bu vətənin övladlarıyıq və ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaq. Bu qələbədə gənclərimizin də payı olacaq. Gənclər vətən borcunu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda xidmət etməklə, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcək. Bu, biz gənclərin şərəfli işi, vətəndaşlıq borcudur. Vətən bizə güvənir və bizdən hünər gözləyir. Tədbirin sonunda məktəbin direktoru Arzu Azadəliyeva “Şahinlər” hərbi-idman oyununda iştirak edən şagirdlərə və müəllimlərə fəal iştirak etdiklərinə görə diplomlar təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi