"Valideynin məktəbdə bir günü" layihəsi keçirilib

Fevralın 21-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-66 nömrəlil əmrinə əsasən "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi.

Öncədən tərtib olunmuş proqrama əsasən valideynlər akt zalına dəvət olundu və məktəbin direktoru Arzu Azadəliyeva tərəfindən 30 dəqiqə ərzində layihənin mahiyyəti, müsbət valideyn-məktəb münasibətlərinin keyfiyyətli tədrisə təsiri, habelə məktəbin son 3 ildə qazandığı uğurlar haqqında məlumatlandırıldılar. Tədbirdə Təlimə Dəstək mərkəzinin metodisti Rövşən Qasımov çıxış edərək məktəb - valideyn əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi barədə ətraflı məlumat verdi.

Akt zalında keçirilən rəsmi açılışdan sonra valideynlər məktəb infrastrukturu ilə yaxından əyani olaraq tanış olmaq üçün məktəbi gəzdilər. Onlar kimya, biologiya, fizika, informatika fənn kabinələrinə, idman zalı, yeməkxana, tibb otağı, hərbi hazırlıq otağı və s. otaqlara baş çəkdilər. Daha sonra valideynlər qruplar şəklində bölünərək bukletlərdə göstərilmiş cədvələ uyğun istədikləri siniflərdə - fizika, riyaziyyat, azərbaycan dili və ədəbiyyat, ingilis dili, informatika, fiziki tərbiyə, həyat bilgisi, rus dili, Gənclərin Çağırışaqədərki Hazırlığı, və s. fənlər üzrə dərslərdə iştirak etdilər. Dərsdinləmələr bitdikdən sonra valideynlər yenidən akt zalında toplaşıb, tədbirin proqramına uyğun olaraq Təlimə Dəstək mərkəzinin metodisti Rövşən Qasımov tərəfindən “Məktəb-şagird-valideyn üçbucağı” mövzusunda seminar keçirildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələri ilə bağlı rəyləri, təklifləri dinlənildi və məktəb rəhbərliyinin iştirakı ilə fikir mübadiləsi, müzakirələr aparıldı.

Tədbirin sonunda şagirdlərin valideynlər üçün hazırladıqları bədii hissə ilə tədbir yekunlaşdırıldı

“Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi