Məktəbimizin şagirdi İranda keçirilən IV Beynəlxalq Karate Festivalında birinci yerə sahib olub

14-15 fevral tarixlərində İran İslam Respublikasının Astara şəhərində keçirilən Kyokuşin üzrə IV Beynəlxalq Karate Festivalında Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Turan Cəbrayılov uğurla çıxış edib. İki gün davam edən yarışda İran, Azərbaycan, Türkiyə və Gürcüstanı təmsil edən idmançılar qələbə uğrunda mübarizə aparıblar.

Beynəlxalq festivalda məktəbimizin şagirdi Turan Cəbrayılov karate idman növü üzrə 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək birinci yerə sahib olub.

Qaliblərin mükafatlandırılması mərasimində Turan Cəbrayılova beynəlxalq festivalın diplomu və qızıl medal təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi