Pedaqoji Şuranın iclası keçirilib

Sentyabrın 14-də Mübariz Nəcəfov adına 86№-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Arzu Azadəliyeva  açaraq müəllim kollektivini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzulayıb. Sonra iclasın gündəliyi müəyyən edilib, 2018/2019-cu dərs ili üçün Pedaqoji Şuranın sədri və Şura katibi seçilib, fənn birləşmə sədrləri və metodiki şuranın tərkibi təsdiqlənib. Eyni zamanda pedaqoji şuranın 2018/2019-cu dərs ili üçün iş planı, həmçinin müəllimlərin iş planları müzakirəyə çıxarılıb və təsdiq olunub. 

Direktor Arzu Azadəliyeva yeni tədris ilində kollektivin qarşısında duran məqsəd və vəzifələrdən də geniş söhbət açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi