"Tullantıdan sənətə” adlı sərgi

Yeniyetmə və gənclər arasında ekoloji maariflənmə işinin aparılması məqsədilə noyabr ayı ərzində 86 nömrəli tam orta məktəbdə “Təbiəti qoruyaq” şüarı altında yeniyetmə və gənclərin əl işlərindən ibarət “I” siniflər arasında “Tullantıdan sənətə” adlı sərgi təşkil olunmuşdur.Sərgidə şagirdlər məişət tullantılarından istifadə etməklə müxtəlif maraqlı nümunələr hazırlamışlar.“Tullantıdan sənətə” sərginin keçirilməsində əsas məqsəd insanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Sərgidə ən bəsit və lazımsız materiallardan – tullantılardan istifadə etməklə hazırlanmış heyranedici nümunələr şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi