" Ölkəmizi tanıyaq "tur aksiyası başa çatıb

"Ölkəmizi tanıyaq"tur aksiyası başa çatdı. Məktəbliləri tur-aksiyada müşayiət edən Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov səfər haqqında məlumat verərək bildirdi ki,  Prezident İlham Əliyevin tövsiyəsi ilə, 2013-cü il avqustun 1-dən start götürən məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın rayonumuzda artıq səkkizinci mərhələsinə yekun vuruldu. Rayonun müxtəlif məktəblərinin 40 əla və yaxşı oxuyan şagirdi bu mərhələdəki tur-aksiyanı Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Göygöl və Şəmkir rayonlarında keçiriblər. Şagirdlərimiz bu bölgədə həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində gerçəkləşən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olmuşlar. Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə maarifləndirici tur-aksiyasına qoşulan şagirdlər üçün “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib. Gəncə şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışmada Abşeron, Xətai, Səbail, Suraxanı, Salyan, Cəlilabad, Neftçala və Zəngilan rayonlarından 500-ə yaxın məktəbli iştirak edib. Əvvəlcə şagirdlər hər birində 6 nəfər olmaqla müxtəlif adlar altında komandalara bölünüblər. 59 komandanın mübarizə apardığı turnirdə iştirakçılara müxtəlif sahələrə aid 24 sual təqdim olunub. Sualların böyük əksəriyyətini doğru cavablandıran Xətai rayonunun “Alfa” komandası birinci yerə sahib olub. Məktəblilərimiz bu il də bilik yarışının qalibi olub simvolik kuboku Xətai rayonuna gətirdilər. Qaliblərə kubok və diplom, yarış iştirakçılarına sertifikat təqdim olunub. “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları IDEA İctimai Birliyinin nəcib təşəbbüsünə qoşularaq “Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində Heydər Əliyev park-kompleksinin ərazisində 500 ağac əkiblər. Beləliklə, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə maarifləndirici tur-aksiyası zəngin təəssüratlarla başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi