Pedaqoji Şuranın növbəti onlayn iclası keçirilib

 Microsoft Teams proqramı üzərindən 15.04.2021-ci il tarixdə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti onlayn iclası keçirilib.

  İclası giriş sözü ilə açan Pedaqoji Şuranın sədri Cavid Əliyev gündəlikdə duran məsələləri pedaqoji kollektivin nəzərinə çatdırıb.

 COVİD-19  əleyhinə vaksinasiyaya cəlb edilmiş müəllimlərin say tərkibi haqqında məlumat verən məktəbin direktoru 18 yaşdan yuxarı bütün təhsil işçilərinin vaksinasiyasının təhsilimizin gələcəyi üçün önəmindən bəhs edib.

  Virtual dərslərə davamiyyətin zəif olması barədə çıxış edən tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova sinif rəhbərlərinə bu işdə daha məsuliyyətli olmağı tapşırıb.

   Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova sinif jurnallarının aparılmasında yaranacaq geriləməni aradan qaldırmaq üçün vaxtaşırı jurnalların yazılmasını tələb edib. Proqram materiallarında yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün tədris planına uyğun planlaşdırmağı tövsiyə edib.

     Məktəbin direktoru Cavid Əliyev cari məsələlərə toxunaraq bildirib ki, şagirdlər arasında "Ayın qalibi" müsabiqəsinə start verilib. Ayın sonunda dərsə davamiyyəti normal olan, onlayn dərs prosesində fəal iştirak edən şagirdlər mükafatlandırılacaq.

     Sonda müəllimlərin çıxışları dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi