Buraxılış sinif şagirdləri və valideynləri ilə məktəb rəhbərliyin görüşü

    14 aprel tarixdə Microsoft Teams proqramı üzərindən IX sinif şagirdləri, onların valideynləri və sinif rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə əsas məqsəd keçirilmiş monitorinq imtahanlarının nəticələrini müzakirə etmək, şagirdlərin dərsə davamiyyətinə nəzarət, buraxılış imtahanlarına hazırlıq vəziyyətini öyrənmək idi. 

    Görüşü giriş sözü ilə açan məktəbin direktoru Cavid Əliyev keçirilmiş monitorinq imtahanında zəif, orta və daha yaxşı nəticə göstərən şagirdlərin nəticələrini açıqlayıb. O nəticələri müzakirə edərək fənn müəllimlərinə bu çətinliyin həlli üçün daha səmərəli yollar təklif edib. Monitorinqdə yüksək nəticə göstərən şagirdlərin adlarını açıqlayıb və mükafatlandırıb.

     Onlayn görüşdə iştirak edən sinif rəhbərləri dərsə davamiyyəti zəif olan şagirdlərin valideynlərinə müraciət edərək yaranmış problemləri birlikdə həll etməyi təklif ediblər. Bəzi valideynlər zəif davamiyyətə səbəb virtual dərslərə qoşularkən yaranan texniki problemlərdən danışıb.

     Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Rzayeva, Yeganə Qarayeva, riyaziyyat müəllimi Gülnaz Hüseynova, sinif rəhbəri və riyaziyyat müəllimi Ülviyyə Məmmədova, rus dili və ədəbiyyatı müəllimi Elçin Orucov buraxılış imtahanlarına hazırlığın vəziyyəti, zəif nəticə göstərən şagirdlərlə cədvələ uyğun təyin edilmiş əlavə dərslərdə mütəmadi məşğul olduqlarını bildiriblər.

     9ç sinfinin valideyn komitəsi Ceyran Həsəni şagirdlərə göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə, müəllimlərə öz minnətdarlığını bildirib.

     Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova təyinat almış uşaq birliyi rəhbəri Şərqiyyə Əliyevanı təqdim edib. Şərqiyyə Əliyeva çıxış edərək bu vəzifənin öhdəsindən layiqincə gələcəyini bildirib.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi