Psixoloq saatı: İntiharın profilaktikası

    Cəmiyyətimizdə son günlərdə intihar hallarının çoxalması  ciddi şəkildə narahat olmağa səbəbdir. Bu hallar daha çox yeniyetmə və gənclərdə  rast gəlinir. Təbii ki, hər  kəs intiharı öz fərqli səbəblərindən dolayı reallaşdırır, lakin onları birləşdirən ortaq cəhət də var. İntihar edənlərin hər biri problemlərinin  yeganə həlli yolunu suisiddə (intiharda) görürlər. Son zamanlarda  ölkəmizdə artmaqda olan uşaq və yeniyetmələrin özünə qəsd etmə hallarının səbəb və motivlər müxtəlifdir. Psixi və digər xəstəliklərin olması, narkotik və spirtli içkilərdən istifadə, erkən nikah, məişət zorakılığına məruz qalma və .s intihar hallarına səbəb olur.

    Yeniyetməlik dövrü də məhs ən həsas dövrlərdəndir ki, bu dövrdə qeyri-sabit emosional sfera, emosiya və əhvalların idarə olunmaması, müstəqillik və fərdiyyətin özünü təsdiqi, böyüklərlə münaqişəli münasibətin meydana gəlməsi müşahidə olunur.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun olaraq, Mübariz Nəcəfov adına 86 nömrəli orta  məktəbin psixoloqu Şəfəq Soltanova müəllim və valideynlərlə “İntiharın profilaktikası” mövzusunda maarifləndirici görüş keçirib. Suisid və onun mübarizə üsulları ilə əlaqədar  ətraflı məlumat verib. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi