12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika günüdür

  12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika günüdür. Bu unudulmaz gündə Yuri Qaqarin dünya tarixinə kosmosa uçan ilk insan olaraq adını yazdırıb. Bu gün kosmosa ilk uçuşun 60 illik  ildönümü kimi qeyd olunur.

    Dünya kosmonavtikasının baniləri arasında adı çəkilən azərbaycanlı Kərim Əli oğlu Kərimov Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi olub.

   Müasir dövrdə Azərbaycanda bu sahənin inkişafı 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra daha da geniş vüsət aldı. Belə ki, kosmik texnologiyalarda təəccübləndirici  inkişaf özünü 8 fevral 2013-cü il tarixində göstərdi. Bu tarixdə Azərbaycanın ilk rabitə peyki "Azer space" istifadəyə verildi.

    Şagirdlərdə aviasiya və kosmonavtikaya olan marağın artırılması məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə onlayn dərslər kosmonavtika gününə həsr edilib.

    Müəllimlər bu günün yaranması ilə bağlı şagirdlərə ətraflı məlumatlar veriblər.

    Şagirdlər hazırladıqları kosmik modellər, rəsmlər və məlumatlarla onlayn dərslərdə fəal iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi