“Dirçəlişdən Zəfərə” adlı onlayn tədbir keçirilib

Noyabrın 17-də M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Fəxriyyə Bayramovanın təşkilatçılığı ilə 17 noyabr “Milli Dirçəliş Günü”nə həsr olunmuş “Dirçəlişdən Zəfərə” adlı onlayn tədbir keçirilib. Tədbirdə direktor, məktəbin müəllimləri və şagirdlər iştirak edib.

Fəxriyyə Bayramova qonaqları 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatıyla bağlı olan Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildən elan olunub və həmin tarixdən bu günü rəsmən qeyd edirik. Ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-azadlıq hərəkatında yeni bir mərhələnin başladığını vurğulayan F.Bayramova ulu öndərin o gərgin illərdə Naxçıvanda gördüyü böyük işlərdən danışıb.

Geniş və əhatəli çıxışından sonra 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Məktəbin direktoru Cavid Əliyev şagirdləri tariximizin şanlı səhifələrini yaxşı öyrənməyə, müstəqilliyimizin, azadlığımızın qədrini bilməyə və bu yolda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməyə çağırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi