Məktəb psixoloqumuzdan tövsiyyələr

COVİD-19 infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan şagirdlərin və valideynlərin  mənəvi-psixoloji dəstəyə ehtiyacı duyulduğu üçün məktəbimizin kollektivi bu işdə yaxından iştirak edir. Ən böyük psixoloji dəstəkçimiz isə məktəbimizin psixoloqu Şəfəq Həsənovadır. Psixoloqumuz şagirdlərlə tez-tez onlayn şəkildə söhbətlər aparır, onların problemləri ilə yaxından tanış olur.

Bu dövrdə şagirdlərlə yanaşı valideynlərlə də mütəmadi olaraq virtual görüşlər təşkil edilir. Karantin rejimi ilə əlaqədar olaraq müəllim və şagirdlərimizə yüksək motivasiya verilmişdir. Onlarla müxtəlif test və oyunlar təşkil olunmuşdur.

Uşaqların müdafiəsi, onların xoşbəxtliyi üçün çalışmaq bizlərin hər birimizin borcudur. Övladlarımızın inkişafında əlimizdən gələnin ən gözəlini etməliyik. Bu yolda psixoloqumuz müəllimlərimiz, kollektivimiz yorulmadan çalışırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi