Azərbaycan İstiqlal Muzeyinə virtual ekskursiya təşkil edilib

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi dövründə M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Məsmə Nəcəfova şagirdlər üçün Azərbaycan İstiqlal Muzeyinə virtual şəkildə ekskursiya təşkil edib.

Ekskursiyanın təşkil edilməsində məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.

Muzeyin elmi işçisi Şövkət Əskərova Azərbaycan tarixini özündə əks etdirən eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verib və şagirdləri maraqlandıran sualları cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi