Müsabiqə qalibləri ilə görüş

“Virtual məktəb” layihəsi çərçivəsində məktəbin direktoru Cavid Əliyev yerli və beynəlxalq müsabiqə qalibləri ilə görüş keçirdi.

Görüşdə Xətai Rayon İcra Hakimiyyəti və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Yaşa Azərbaycan" adlı onlayn şeir müsabiqəsi vəDahi Lider” adlı onlayn inşa müsabiqəsində məktəbimizin şagirdləri fəal iştirak etdiklərini bildirdilər. Şeir müsabiqəsində məktəbin 6-cı sinif şagirdi Fatimə Əhədli III yer, inşa müsabiqəsində 11-ci sinif  şagirdi Limanə Teyyubova II yer, 5-ci sinif şagirdləri Ağacəfər Qasımov və Nəriman Əmirov fərqlənmə diplomuna layiq görülmüşlər.

Eyni zamanda Fatimə Əhədli Turkiyədə keçirilən Uluslararası “Evde Sanat Var” Onlayn Piano Festivalında iştirak edərək xalq səsverməsi və münsiflər heyətinin səsləri ilə qalib seçilmişdir.

Məktəbin uşaq birliyi rəhbəri Məsmə Nəcəfova mövcud vəziyyətlə əlaqədar şagirdlərin bir sıra yerli və beynəlxalq səviyyəli onlayn yarışlarda hərtərəfli inkişafı və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə yaxından köməklik göstərdiyini bildirdi.

Görüşün sonunda məktəbin direktoru Cavid Əliyev qalibləri təbrik etdi və gələcəkdə uğurların davamlı olmasını arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi