Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirilib

Fevralın 26-da 86 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar olaraq tədbirlər planına əsasən faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 26 fevral məktəbdə I dərs saatları “Xocalı faciəsi”nə həsr edilmişdir. Məktəbin V-X sinif şagirdləri divar qəzetləri buraxmış,  stend və güşələr yaratmışdır. Eyni zamanda, şagirdlər arasında inşa və rəsm müsabiqələri keçirilmiş, bir qrup şagirdlərin “Xocalı abidəsi”nə ziyarəti təşkil olunmuş, tarix müəllimləri “Xocalı faciəsi” mövzusunda məruzələrlə çıxış etmişlər. Xocalı faciəsinə həsr olunuş tədbirdə soyqırımı əks etdirən şeirlər söylənmiş, məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəciklər nümayiş etdirilmiş, hərbi–vətənpərvərlik mövzusunda musiqilər səsləndirilmişdir. Tədbirdə X sinif şagirdi Nübar Quliyeva mahnı ifa edib. Tədbir boyunca monitorda işıqlandırılan və  həmin qətliamı dönə-dönə xatırladan görüntülər zaldakı hər kəsə faciənin ağırlığını bir daha göstərmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Cavid Əliyev  Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.

Tədbirdə çıxış edən hərbi rəhbər Lətif İsmayılov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, qeyd edib ki, Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak edib, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərib, nəticədə görünməmiş vəhşiliklər törədilib. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilib, süngüdən keçiriliblər.

Anım mərasimi şagirdlərin ifasında vətənpərvərlik mahnısı ilə başa çatıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi