Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Fevralın 25-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Seyidxanım Mirzəyeva və 3-cü sinif şagirdlərinin birgə hazırladıqları Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir himnimizin səslənməsi ilə açıq elan edilmiş, Xocalıda vəhşicəsinə  qətlə yetirilmiş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. İbtidai sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş vətənpərvərlik ruhunda mahnılar səsləndirmiş, şeirlər söyləmiş, faciəyə həsr olunmuş səhnəciklər göstərmişdir. Şagirdlərin bir-birindən yanğılı və vətənpərvərlik əzmli şeirlər söyləmələri, səhnəciklər nümayiş etdirmələri, faciəni bu dərəcədə dərin hiss etmələri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Belə təqdbirlər keçirilən zaman bir daha şahid oluruq gələcəyimiz olan uşaqlar  mənfur qonşularımız tərəfindən başımıza gətirilən fəlakətləri unutmur və lazım gələrsə, hər an vətənimizin müdafiəsinə qalxmağa hazırdırlar. Sonda məktəbin direktoru Cavid Əliyev qeyd etdi ki, şagirdlərin hazırladıqları şeirlər göstərir ki, gələcək nəsil vətənpərvər, əzmkar ruhda tərbiyələnir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi