“Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir

Fevralın 21-də M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Bakı şəhər Baş Polis idarəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi polis polkovnik-leytenant Məryəm Ömərova və Xətai RPİ 36-ci PB-nin əməkdaşları ilə birlikdə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir.

Bakı şəhəri BPİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə “Zərərli vərdişlərə, antinarkotik vasitələrə qarşı mübarizə” aylığı çərçivəsində şagirdlərə mövzu ilə bağlı məlumatlar verilmiş, məktəblilərlə diskussiyalar aparılmış və şagirdləri maraqlandıran suallar tədbir iştirakçıları tərəfindən cavablandırılmışdır. Xətai RPİ 36-ci PB-nin əməkdaşı çıxışında sosial şəbəkələrdən istifadə zamanı ehtiyatlı olmağı şagirdlərin diqqətinə çatdırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi