Beynəlxalq “Ana Dili Günü” qeyd olunub

Fevralın 21-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü qeyd olunub. Tədbir məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Qarayeva tərəfindən təşkil olunmuşdur. Beynəlxalq “Ana Dili Günü”nün qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdır. Tədbirdə iştirak edən şagirdlər öz çıxışları ilə hamını heyran etdilər. Aparıcılar - 11 ci sinif şagirdləri Murad Dadaşzadə, Limanə Teyyubova dilimizin zənginliyindən, tarixindən və əhəmiyyətindən söz açdılar, görkəmli yazıçı və şairlərimizin adlarını qeyd etdilər. Tədbirdə 6, 7, 8, 10 və 11 ci sinif şagirdləri iştirak edirdilər. Müxtəlif səhnəciklər, ana dilimizə həsr edilən şeirlər, musiqi nömrələri tədbirə xüsusi gözəllik verirdi. 11-ci sinif şagirdləri Məhəmməd Füzulinin "Leyli Məcnun" poemasından bir parçanı çox məharətlə canlandırdılar. Bu tədbir şagirdlərdə bir daha vətənə, torpağa, xalqa və ən əsası dilimizə bağlılıq hissi oyatdı. Tədbirin sonunda məktəbimizin direktoru Cavid Əliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi - Yeganə Qarayeva şagirdlərə öz təşəkkürlərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi