“Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib

      Noyabrın 27-də uşaq birliyi təşkilatı rəhbəri Fərqanə İlyasovanın təşkilatçılığı ilə VI-IX  sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda həmçinin məktəbin direktoru və müəllimlər iştirak edib.

      Seminarın əsas məqsədi məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

     Seminarda məktəbdə və ailədə  şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması barədə geniş məlumat verilib.

      Şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbir çərçivəsində  “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi